Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
06 iyun 2016 22:37 (UTC +04:00)

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü

0

Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Berlində Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

 

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Münhen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirilib. Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulandı. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edilib

 

Söhbət zamanı aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar