Prezident İlham Əliyev Portuqaliyanın dövlət başçısı Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə belə deyilir.
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.