Zərurətdən doğan SEÇKİLƏR
07 dekabr 2023 16:30 (UTC +04:00)

Zərurətdən doğan SEÇKİLƏR

Azərbaycan növbədənkənar prezident seçkilərinə hazırlaşır. Artıq məlum olduğu kimi prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulur.

Artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. 

2018- ci ildə  Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. 

Prezident seçildikdən cəmi iki il sonra  - 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin  tam bərpası prosesini tamamladı. 

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycanda yeni tarixi dönəm başlayır və bu dönəm yeni növnədənkənar prezident seçkiləri ilə start götürür

2018-ci ildə prezident seçkiləri aprelin 11-də keçirilib. 2024-cü ilin payızında həm Milli Məclisə seçkilər, həm də bələdiyyə seçkiləri keçiriləcək. Beləliklə, əgər iki seçki 2024-cü ilin payızında keçirilərsə, növbəti prezident seçkisinə cəmi 3 -4 ay qalır ki, bu da cəmiyyətin seçkilərdən yorulmasına gətirib çıxara bilər. 

Əgər seçkilər 2024-cü ilin fevralında keçiriləsrə, növbəti seçkilərə 10 ay zaman qalır ki, bu da neqativ ab-havanın yaranmasına imkan verməyəcək. Və hər şey də bu zərurətdən doğub.

# 5115
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar