Mülayim hava şəraiti davam edəcək
0
0
Həftə sonu respublika ərazisində mülayim, sabit hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.a-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, günün ikinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-19, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.