Ombudsman Aparatının rəhbəri ATƏT-in illik toplantısında iştirak edib
0
0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə iştirak edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, tədbirin birinci işçi iclası informasiya və media məsələlərinə həsr olunub.
A.Səfixanlı iclasda “İnformasiya əldə etmək hüququnun təmini sahəsində Ombudsmanın fəaliyyəti” mövzusunda çıxış edərək son illər ölkəmizdə insan hüquqlarının, o cümlədən informasiya əldə etmək hüququnun təmin olunması sahəsində həyata keçirilən hüquqi islahatlar, qəbul olunmuş normativ hüquqi aktlar, dövlət proqramları və Milli Fəaliyyət planları haqqında məlumat verib.
Məruzədə qeyd edilib ki, Ombudsmanın fəaliyyəti dövründə Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrə mühüm yer ayırıb. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilmiş dəyişikliklərə əsasən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarət müvəkkilə həvalə olunub.
Aparatı rəhbəri tədbirin “Milli İnsan Hüquqları institutları və vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsində rolu” mövzusuna həsr olunmuş ikinci iclasında “Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti” mövzusunda çıxış edib.
A.Səfixanlının hər iki işçi iclasdakı çıxışları tədbirin rəsmi sənədləri sırasına daxil edilib və ATƏT-in rəsmi saytında yayılıb.