“Bakıda “Xruşşovka”ların sökülməsi gündəmdə deyil”
08 oktyabr 2012 13:37 (UTC +04:00)

“Bakıda “Xruşşovka”ların sökülməsi gündəmdə deyil”

0
Bakıda “Xruşşovka”ların sökülməsi məsələsi hələlik gündəmdə deyil. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, “Xruşşovka”lardan əvvəl şəhərin ətrafındakı “naxalstroy” tikililərin sökülməsi məsələsi gündəmdədir: “Birmərtəbəli tikililəri qoyub, niyə “Xruşşovkaları sökməliyik? Kimsə belə şayiə buraxıb. Amma bu barədə deyilənlər həqiqətə uyğun deyil”.


A. Şərifov deyib ki, hazırda ölkə prezidentinin göstərişinə uyğun olaraq, Yaponiya və Hollandiyadan gəlmiş mütəxəssislərlə birgə Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı ətrafındakı göllərlə bağlı ətraflı layihələndirmə işləri aparılır: “Yəqin ki, bu layihə ilin sonuna qədər təqdim olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3040

Oxşar yazılar