“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi müzakirə olunub
Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Lent.az xəbər verir ki, komitə sədri Ziyad Səmədzadənin sədrliyi ilə keçən iclasda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Komitə sədri bildirib ki, layihə enerji təhlükəsizliyi baxımından çox vacibdir. Layihə barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Metrologiya xidmətinin rəisi Oqtay Abbasov məlumat verib. O qeyd edib ki, bu sahəni tənzimləyən mövcud qanun 2000-ci ildə qəbul olunub və bu qanun hazırda mövcud dövrün beynəlxalq standartlarına cavab vermir: “Yeni qanun hazırlanarkən metrologiya sahəsində dünya praktikası öyrənilib və tətbiq edilib. Yeni sənəd Avropa Komissiyasının ekspertləri tərəfindən müzakirə edilib və onların layihə ilə bağlı təklifləri nəzərə alınıb”.
Yeni qanunun müzakirələri zamanı deputat Vahid Əhmədov, Əli Mənsimli, İlham Əliyev və başqaları yeni layihə ilə bağlı təkliflərini səsləndiriblər. Deputatlar Azərbaycanda istehsal olunan və ölkəyə idxal olunan bir sıra məhsulların keyfiyyətindən narahatlıqlarını bildiriblər, qanun layihəsində bu kimi problemlərin nəzərə alınmasını tövsiyə ediblər. Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Oxşar yazılar

Azərbaycanda bu yerlərə leysan yağdı - GÜNÜN HAVASI
27 iyul 2025 , 10:01
Sirlərinizi “ChatGPT”ə etibar etməyin - təhlükə barədə XƏBƏRDARLIQ
26 iyul 2025 , 20:15
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26 iyul 2025 , 17:00
Əksər rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
26 iyul 2025 , 14:16
Sabah yağış yağacaq, dolu düşəcək
26 iyul 2025 , 12:22
Hazırda bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
26 iyul 2025 , 10:39
Ulduzlar sizin tərəfinizdədir: İyulun axırı 3 BÜRCƏ inanılmaz şans gətirəcək
26 iyul 2025 , 09:09