Əcnəbilər Azərbaycan dilində danışacaqlar
Bu gün Gənclər üçün Təhsil Mərkəzi ölkəmizdəki əcnəbilər üçün növbəti “Azərbaycan dili Məktəbi”nə qəbul elan edib.
Məktəbin əsas məqsədi ölkəmizdə təhsil alan, yaşayan və işləyən əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini onlarla bölüşmək və Azərbaycanın milli dəyərlərinin təbliğinə kömək etməkdir.
Mərkəzin icraçı direktoru Rasim Ağayevin verdiyi məlumata əsasən yaşı 16-dan yuxarı olan və ana dilimizi öyrənmək istəyən hər bir ingilis dilli şəxs Məktəbdə qeydiyyatdan keçə bilər. Qeydiyyat oktyabr ayının sonuna qədər davam edəcək.
Azərbaycan dili Məktəbi pulsuz olaraq, hər bir qrup üçün 6 ay davam edəcək. Məktəbdə ana dilimiz interaktiv metodlarla tədris edilməklə yanaşı, əcnəbilərin ölkəmizin mədəni irsi ilə daha yaxından tanış olması üçün əlavə tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Məktəb bugünədək 60-dan çox əcnəbinin Azərbaycan dilini öyrənməsinə nail olub.

Oxşar yazılar

Azərbaycanda bu yerlərə leysan yağdı - GÜNÜN HAVASI
27 iyul 2025 , 10:01
Sirlərinizi “ChatGPT”ə etibar etməyin - təhlükə barədə XƏBƏRDARLIQ
26 iyul 2025 , 20:15
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26 iyul 2025 , 17:00
Əksər rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
26 iyul 2025 , 14:16
Sabah yağış yağacaq, dolu düşəcək
26 iyul 2025 , 12:22
Hazırda bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
26 iyul 2025 , 10:39
Ulduzlar sizin tərəfinizdədir: İyulun axırı 3 BÜRCƏ inanılmaz şans gətirəcək
26 iyul 2025 , 09:09