Qafqaz Müsəlmanları İdarəsindən Həcc ziyarəti ilə bağlı açıqlama
10 oktyabr 2012 13:59 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsindən Həcc ziyarəti ilə bağlı açıqlama

İdarənin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamaya görə, QMİ bildirir ki, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşməyə başlayacaqlar. Zəvvarlar Bakı-Ciddə marşrutu üzrə 12-18 oktyabr tarixlərində 12 reyslə müqəddəs məkanlara yola salınacaq.

Müvafiq olaraq 12 oktyabrda bir, 13 oktyabrda bir, 14 oktyabrda bir, 15 oktyabrda üç, 16 oktyabrda üç, 17 oktyabrda iki, 18 oktyabrda isə bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək.

Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur.
Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1538

Oxşar yazılar