
Ramil Usubov İsrail səfərini qəbul edib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İsrailin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə xalqlarımız arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğu, hər iki ölkə prezidentinin iradəsi ilə daha da möhkəmləndiyini, belə əlaqələrin daxili işlər nazirlikləri səviyyəsində də özünü qabarıq şəkildə büruzə verdiyi bildirilib. Daha sonra nazir DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar, əməliyyat şəraitinin nəzarətdə olması barədə məlumat verib.
Səfir səmimi qəbula və ətraflı məlumata görə təşəkkür etmiş, diplomatik fəaliyyəti ilə əlaqədar bir çox ölkələrdə çalışdığını, lakin ictimai asayişin, sabitliyin yüksək səviyyədə təmini baxımından Azərbaycanın bu gün dünyanın ən təhlükəsiz dövlətlərindən biri olduğunu nəzərə çatdırıb.
Səfir səmimi qəbula və ətraflı məlumata görə təşəkkür etmiş, diplomatik fəaliyyəti ilə əlaqədar bir çox ölkələrdə çalışdığını, lakin ictimai asayişin, sabitliyin yüksək səviyyədə təmini baxımından Azərbaycanın bu gün dünyanın ən təhlükəsiz dövlətlərindən biri olduğunu nəzərə çatdırıb.
Oxşar yazılar

Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
27 iyul 2025 , 16:07
"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ
27 iyul 2025 , 16:03
Yapon qadınlarından ömür uzunluğuna görə yeni dünya rekordu
27 iyul 2025 , 15:35
"Qara siyahılar və səfərbərlik": Rusiyada kişiləri evlənməyə belə məcbur edəcəklər
27 iyul 2025 , 14:38
Sabah çimərliklərdə hava necə olacaq? - AÇIQLANDI
27 iyul 2025 , 12:21
Şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
27 iyul 2025 , 11:51
Azərbaycanda bu yerlərə leysan yağdı - GÜNÜN HAVASI
27 iyul 2025 , 10:01