Zaqatalada yol qəzası: bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb
Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ölümlə nəticələnən ağır yol qəzası bu gün axşam saatlarında Zaqatala-Muxax yolunun 11-ci kilometrliyində baş verib. 1969-cu il təvəllüdlü, Zaqatala rayonu Çobankol kənd sakini, Hacıxanov Mərdan Cahangir oğlunun idarə etdiyi VAZ-2107 markalı, 62 BF 591 dövlət nişan nömrəli avtomobillə, 1958-ci il təvəllüdlü Zaqatala şəhər sakini, İsayev Zəkəriyyə Saleh oğlunun idarə etdiyi “Niva” markalı 62 BA 964 dövlət nişan nömrəli avtomobil qarşı-qarşıya toqquşub.
Baş vermiş qəza nəticəsində “Niva” markalı avtomobilin sürücüsü Zəkəriyyə İsayev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Digər avtomobilin sürücüsü Mərdan Hacıxanov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına(MRX) yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb.

Oxşar yazılar

Yayın sonuna qədər pulla bağlı bəxti gətirəcək BÜRCLƏR: siz onlardansınız?
30 iyul 2025 , 01:02
Din xadimi üç qızını zorladı, biri deyir: "Bu ritual idi"
29 iyul 2025 , 19:59
Bu tarixdə doğulanların ruhani gücü var
29 iyul 2025 , 18:57
Gizli gücü olan nüfuzlu BÜRCLƏR
29 iyul 2025 , 18:21
İsti hava bu tarixədək davam edəcək
29 iyul 2025 , 16:53
Sabah bu insanlar üçün çox əlverişsiz hava olacaq
29 iyul 2025 , 16:46
Bu rayonun 9 kəndində qaz kəsiləcək
29 iyul 2025 , 15:57