Tanınmış aparıcı ölkəni tərk edir
İctimai Televiziyanın tanınmış aparıcısı Saleh Bağırov qarşıdakı 3 ayı Türkiyənin TRT-Avaz telekanalında çalışacaq.
Lent.az-ın məlumatına görə, teleaparıcı bir neçə gündən sonra Azərbaycanı tərk edəcək.
Saleh Bağırov bu haqda özünün “Facebook” profilində yazıb: “Xanımlar və cənablar! Əziz dostlar! Ən əsası isə çox dəyərli tamaşaçılarım!
Yəqin hiss etmisiniz ki, heç vaxt uzun-uzadı status yerləşdirməyi və vaxt almağı sevmirəm. İlk dəfə olaraq bir qədər geniş status yerləşdirəcəm və vaxtınızı alacağıma görə bağışlayın.
Efirdə işlədiyim 12 il ərzində (bunların 5-i radio, 7-i isə TV) Allaha çox şükürlər ki, harada olmuşamsa, sizdən ancaq gözəl münasibət, sevgi və hörmət görmüşəm. Bu, hər aparıcıya nəsib olan xoşbəxtlik deyil və buna görə də özümü ayrıca bəxtəvər insan hesab edirəm. Yəqin ki, bu münasibətinizi qazanmağımda 3 hədəf əsas rol oynayir! Peşəmə dəlicəsinə bağlılığım və sevgim… dayanmadan üzərimdə calişmağım və tamaşaçılarıma böyük hörmətlə yanaşmağım.
Artıq neçə illərdir ki, İTV və TRT-Avaz arasındakı sıx əməkdaşlıq gözünüz önündədir.Bu əməkdaşlığın bariz nümunəsi “Yeni gün” proqramındakı ortaq yayımlar, telekörpülərdir ki, məncə, bu verilişlərin hər bir buraxılışı böyük Türk dünyasına əvəzsiz xidmət və töhfədir. Çox şadam ki, belə bir beynəlxalq əhəmiyyətli layihələrin, telekörpülərin aparıcısı Azərbaycan tərəfdən məhz mən olmuşam.
Məhz bu əməkdaşlıq çərçivəsində mən Saleh Bağırov, bir neçə gündən sonra 3 ay müddətinə Azərbaycanı tərk edirəm və efir həyatımı, çalışmalarımı qardaş Türkiyənin TRT-Avaz telekanalında davam etdirəcəyəm. 3 aydan sonra fəaliyyətimin Azərbaycanda, ya Türkiyədə davam edəcəyi barədə heç nə deyə bilmərəm. Bunu zaman göstərəcək”.
Qeyd edək ki, Saleh Bağırov uzun müddətdir ki, İctimai Televiziyada “Yeni gün “ proqramının aparıcısı olub. O, həmçinin bu il Azərbaycanda keçirilən “ Eurovision” Mahnı Müsabiqəsinin yarımfinal və final günündə İTV-nin canlı yayımında müsabiqəni Azərbaycan tamaşaçıları üçün şərh edib.
Jalə

Oxşar yazılar

Yayın sonuna qədər pulla bağlı bəxti gətirəcək BÜRCLƏR: siz onlardansınız?
30 iyul 2025 , 01:02
Din xadimi üç qızını zorladı, biri deyir: "Bu ritual idi"
29 iyul 2025 , 19:59
Bu tarixdə doğulanların ruhani gücü var
29 iyul 2025 , 18:57
Gizli gücü olan nüfuzlu BÜRCLƏR
29 iyul 2025 , 18:21
İsti hava bu tarixədək davam edəcək
29 iyul 2025 , 16:53
Sabah bu insanlar üçün çox əlverişsiz hava olacaq
29 iyul 2025 , 16:46
Bu rayonun 9 kəndində qaz kəsiləcək
29 iyul 2025 , 15:57