Azərbaycanda 82 ilin ən isti oktyabrı
17 oktyabr 2012 12:17 (UTC +04:00)

Azərbaycanda 82 ilin ən isti oktyabrı

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, hazırda oktyabr ayı üçün xarakterik temperaturlar müşahidə olunur: “İndi müşahidə olunan 23-25 dərəcə isti anomal sayılmır. Əvvəlki illərdə 27, 28, hətta 29 dərəcə isti də müşahidə olunub. Ən isti oktyabr ayı isə 1930-cu ildə qeydə alınıb. Həmin ildə maksimal temperatur 35,1 dərəcə olub. Ondan sonra oktyabr ayında ən isti temperatur göstəricisi bu ilin oktyabrın 9-da qeydə alınıb. Həmin gün temperatur 32,7 dərəcə olub”.

A. Verdiyev deyib ki, oktyabr ayında havaların belə isti keçməsi sırf sinoptik şəraitlə bağlıdır: “Cənub-şərq küləklərinin əsməsi ilə əlaqədar ölkə ərazisində belə isti hava şəraiti müşahidə olunur. Azərbaycan ərazisinə isti hava şəraiti əsasən cənubdan daxil olur. Ölkə ərazisində yaxın 3 gün ərzində də belə isti hava şəraiti hökm sürəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755

Oxşar yazılar