Deputat: “Nazirlər Kabineti “Tibbi Sığorta Haqında” qanunu həyata keçirməyə tələsmir”
17 oktyabr 2012 15:48 (UTC +04:00)

Deputat: “Nazirlər Kabineti “Tibbi Sığorta Haqında” qanunu həyata keçirməyə tələsmir”

Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, artıq Dövlət Tibbi Sığorta Agentliyi yaradılıb və dövlət büdcəsindən hər il həmin agentliyə milyonlarla vəsait ayrılır: “Görünür Nazirlər Kabineti bu qanunu həyata keçirməyə hələ tələsmir. Hesab edirəm ki, artıq buna başlamaq lazımdır”. Millət vəkilinin sözlərinə görə, bu qanunun icrası öz müsbət nəticəsini verəcək: “Səhiyyədə göstərilən xidmətlərin keyfiyyəti artacaq, əlavə dərman xərclərinə ehtiyac qalmayacaq, bu sahəyə ictimai nəzarət güclənəcək və eyni zamanda tibbi işçilərinin əmək haqqı artacaq”.

M. Quliyev onu da qeyd edib ki, bu qanunun icrası nəticəsində dövlət və özəl klinikalar arasında rəqabət yaranacaq. “Hər bir tibb müəssisəsi istəyəcək ki, tibbi sığorta şirkətləri onlarla müqavilə bağlasın. Ümumilikdə bu qanun cəmiyyətimizə müsbət töhfələr verəcək” - deyə, komitə sədrinin müavini əlavə edib.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022

Oxşar yazılar