(R) Naxçıvanda Azercell-in Tələbə Təqaüd Proqramı təqdim olundu
17 oktyabr 2012 16:15 (UTC +04:00)

(R) Naxçıvanda Azercell-in Tələbə Təqaüd Proqramı təqdim olundu

Təqdimat mərasimində universitetin 150-yə yaxın tələbəsi iştirak edib. Mərasimdə Azercell şirkətinin təmsilçiləri proqram haqqında ətraflı məlumat verib, layihəyə qoşulmaq üçün tələb olunan şərtləri açıqlayıblar. Təqdimatın sonunda şirkət nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar.

Görüş zamanı qeyd olunub ki, Azercellin bu proqramı tələbələrə aylıq təqaüd almaq imkanı verir. Belə ki, Tələbə Təqaüd Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək 200 AZN məbləğində aylıq təqaüd alırlar. Bunun üçün şirkətin təyin etdiyi mərhələli seçimlərdən keçmək lazımdır.

Proqramın qalibləri layihə çərçivəsində keçirilən təlimlərə qatılmaqla telekommunikasiya sahəsindəki biliklərini artıra, müxtəlif proqramlarda iştirak etməklə öz təşəbbüslərini reallaşdırmaq şansı qazana bilərlər. Təqaüd Proqramı gənclərin uğurlu karyera qurmasına da yardımçı olur. Çünki proqram iştirakçıları şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət alır, ən önəmlisi isə Azercelldə təcrübə keçmək şansını əldə edəcəklər.

İndiyə kimi 100-dən artıq tələbə Azercellin Təqaüd Proqramında iştirak edib. Onların bir qismi təhsili bitirəndən sonra şirkətlə işlə təmin olunublar.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1642

Oxşar yazılar