Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı açıqlanıb
17 oktyabr 2012 16:43 (UTC +04:00)

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı açıqlanıb

Bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 6,6 faiz artıb. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, oktyabrın 1-ə olan statistikaya əsasən bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 139 min 36 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon 105 min 890 nəfərə yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlardan 56,3 faizini kişilər, 43,7 faizini isə qadınlar təşkil edir. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 20,7 faizini 30 yaşa kimi vətəndaşlar, 23,4 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 23,5 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,8 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar