Şəki Avropanı keçdi
Bu günlərdə “İnsan Hüquqları Uğrunda” QHT-nin Monitorinq Qrupu hüquq müdafiəçisi və jurnalist Eynulla Fətullayevin rəhbərliyi altında Şəkidəki yeni həbsxana kompleksinə baş çəkib.
Lent.az-ın haqqin.az saytına istinadən verdiyi məlumata görə, həbsxana kompleksinin yaxın zamanlarda açılması gözlənilir.
Şəkidəki bu həbsxana kompleksində yüngül, gücləndirilmiş və ciddi rejimli müəssisələr var. Burada ayrıca istintaq təcridxanası, qadınlar üçün cəzaçəkmə müəssisəsi, eyni zamanda yetkinlik yaşına çatmamış məhbuslar üçün bina tikilib. Yeni regional həbsxana kompleksinin sahəsi 14,3 hektardır və özündə 82 tiklini birləşdirir. Bakı İstintaq Təcridxanasının və Naxçıvandakı regional kompleksdən sonra istifadəyə veriləcək Şəki həbsxana kompleksi ən yüksək Avropa standartlarına cavab verir. Kompleksin tikintisinə 2007-ci ildə başlanılıb və keçən həftə başa çatıb.
Eynulla Fətullayev bildirib ki, yeni kompleksin tikintisi Azərbaycan hökumətinin böyük uğurudur və bu, Avropa penitensiar sisteminə praktik olaraq keçidi təmin edib: Mən Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevə də təəssüratımı söyləmişəm. Etiraf etmişəm ki, Şəkidə Avropa həbsxanası görəcəyimi gözləmirdim. Bu həbsxana kompleksi 2 min məhbus üçün nəzərdə tutulub və məhbusların yerləşdirilməsi probleminin əsasən həllini tapmasına imkan yaradacaq. Üstəlik. Hökumət Lənkəranda da analoji kompleksi istifadəyə verməyə hazırlaşır. Mən bu uğur münasibəti ilə Ədliyyə Nazirliyinin rəhbərliyini təbrik edirəm. Ədliyyə Nazirliyi bütün bu işlərin prezident İlham Əliyevin xidməti olduğunu bəyan edib”.
Eynulla Fətullayev deyib ki, yeni həbsxana komplekslərinin istifadə verilməsi penitensiar sistemdə Avropa standartlarına keçməyə imkan yaradır, məhbusların saxlanma şəraitini yaxşılaşdırır, hər həftə Abşeron yarımadasındakı həbsxanalarda saxlanılan məhbuslara baş çəkmək üçün yüz kilometrlərlə məsafəni qət etməli olan məhbus qohumlarının vəziyyətini yaxşılaşdıracaq.

Oxşar yazılar

Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22
Sabah hava bu insanlar üçün çox təhlükəli olacaq
2 avqust 2025 , 19:09
Astroloqlardan avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
2 avqust 2025 , 18:47
"Geri qayıtmaq istəmirdim": Klinik ölüm yaşayan kişinin təəccüblü HEKAYƏSİ
2 avqust 2025 , 18:25
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTOLENT
2 avqust 2025 , 17:34