Manas Universitetinin rektoru BDU-da olub - FOTO
Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Səbahettin Balcı ilə görüşüb. BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rektor qonağa universitetin yaranma və inkişaf tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri, proqram və qrant layihələrində iştirakı barədə məlumat verib.
Rektor Səbahəttin Balcı Bakı Dövlət Universitetində olmaqdan məmnun olduğunu, Azərbaycanın ilk ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Məlum olub ki, adıçəkilən universitetdə 5000-ə yaxın tələbə təhsil alır. 14 ölkənin tələbələri sırasında 10 nəfər azərbaycanlı da var. Tələbə qəbulu daxili qaydalar əsasında aparılır. Rektor Abel Məhərrəmov da öz növbəsində Qırğızıstan-Türkiyə Manas Universiteti ilə əlaqələrin yaranmasına və inkişafına dəstəyini ifadə edib.
Rektorlar görüşün nəticəsi olaraq anlaşma memorandumu imzalayıblar. Memorandum tələbə-müəllim mübadiləsini, birgə proqram və qrantlarda iştirakı, elmi konfransların keçirilməsini və s. nəzərdə tutur.

Oxşar yazılar

Bu il 41 bağça müdiri işdən çıxarılıb
30 iyul 2025 , 15:35
İstilik təchizatının qiyməti qalxdı
30 iyul 2025 , 14:55
Peşə məktəblərindəki boşluqlar: Bəlli olmayan ünvan, qaranlıq ixtisas seçimi və...
30 iyul 2025 , 14:18
Sabah əsl çimərlik havası olacaq - PROQNOZ
30 iyul 2025 , 13:48
İsti hava və günəş dərmanlarınızın təsirini necə dəyişir?
30 iyul 2025 , 13:19
Sabah 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
30 iyul 2025 , 12:20
Daha 46 nəfərin diplomu tanınmadı
30 iyul 2025 , 11:40