MTRŞ sədri: “Ermənilərdən nümunə götürün”
18 oktyabr 2012 19:12 (UTC +04:00)

MTRŞ sədri: “Ermənilərdən nümunə götürün”

Lent.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının( MTRŞ) sədri Nuşirəvan Məhərrəmli oktyabrın 18-də keçirdiyi mətbuat konfransında deyib. “Azərbaycan dövlətinin vətəndaşıyıqsa, bu məsələlərdə diqqətli olmalıyıq. Öz dilimizi bilməliyik. Bu gün bizim müəllimlər, həkimlər, mütəxəssislər, hətta bəzi dövlət məmurları ana dilimizi səlis bilmir. Halbuki, dili səlis öyrənmək 2-3 ay vaxt aparar. Sadəcə özlərinə əziyyət vermirlər”.

Nuşirəvan Məhərrəmli deyib ki, ana dilinə hörmətsizliyi əsasən müğənnilər edir: “Bizim müğənnilər çox savadsızdır. Mən onlara “3” qiyməti verərdim. Danışıq səviyyələri isə sıfıra bərabərdir. Onlar imtahan versələr, əlbəttə ki, kəsilərlər. Bu məsələyə Mədəniyyət və Turizm Nazirliyi də diqqət yetirməlidir. Televiziyalar şou-biznesdə populyar olan simaları efirdə aparıcı etməsinlər. Biz onlara qarşı sərt tədbirlər görə bilərik. Amma ümid edirik ki, özləri bu monitorinqlərdən nəticələr çıxaracaqlar”.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121

Oxşar yazılar