55 yaşlı azərbaycanlı Stalin olmaq istəyir
“Lap epizodik rol da olsa, çəkilməyə razıyam. Həyatımda ən böyük arzumdur Stalin obrazını yaratmaq”.
Lent.az-ın Rusiyanın “Metro” radiostansiyasına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Sankt-Peterburq şəhər sakini, əslən azərbaycanlı Mirzə Şəlviyev bildirib. “Proletariatın dahi rəhbəri” ilə həddən artıq oxşarlığı onu bu addımı atmağa həvəsləndirib.
Mirzə adıgedən radionun əməkdaşlarına deyir ki, artıq qəlyan da alıb. Ömrü boyu siqaret çəkən olmasa da, Stalinin xətrinə indi tüstü udmaqla da məşğuldur.
Şəlviyev 90-cı illərin ortalarınadək Azərbaycanda yaşayıb. Sonra Peterburqa köçüb. Rusiya vətəndaşlığını alıb.
Həmyerlimizin 55 yaşı var. Deyir, o dövrün tarixi hadisələri ilə bağlı film çəkilsəydi, xırda bir epizodda belə rol almağa hazırdır: “Məni heç qrim etməyə belə ehtiyac yoxdur”.
Səbuhi Məmmədli

Oxşar yazılar

Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22
Sabah hava bu insanlar üçün çox təhlükəli olacaq
2 avqust 2025 , 19:09
Astroloqlardan avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
2 avqust 2025 , 18:47
"Geri qayıtmaq istəmirdim": Klinik ölüm yaşayan kişinin təəccüblü HEKAYƏSİ
2 avqust 2025 , 18:25
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTOLENT
2 avqust 2025 , 17:34
Dəfn zamanı ölənin alnından öpmək təhlükəlidir – XƏBƏRDARLIQ
2 avqust 2025 , 14:25Sabah çimərliklərdə suyun temperaturu çox yüksək olacaq - PROQNOZ
2 avqust 2025 , 13:23