Region gəncləri üçün yeni sayt təqdim olundu - FOTO
Bu gün Mingəçevir şəhərində yerləşən River Side otelində Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisinin internet saytının (www.gtm-mingecevir.az) təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan ofisin rəhbəri Tural Kərimov Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının surətli inkişafı və bu prosesdə gənclərin fəallığı barədə çıxış edib. Bildirib ki, Mingəçevirdə ilk QHT saytının yaradılması və xüsusilə gənclər üçün nəzərdə tutulması ciddi hadisədir.
Daha sonra saytın ayrı-ayrı bölmələri üzrə təqdimatlar olub. Qeyd olunub ki, saytda gəncləri maraqlandıran yeniliklər, layihə və proqramlar, yerli və beynəlxalq tədbirlər haqqında elanlar, Mərkəzə üzvlük qaydaları, sosial şəbəkələrə çıxış imkanları, sorğular və s. mütəmadi olaraq fəaliyyət göstərəcək.
Tədbirdə iştirak edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi, Mingəçevir Turizm Kollecinin direktor müavini, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru, ayrı-ayrı universitetlərin tələbə təşkilatlarının, o cümlədən yerli QHT-lərin rəhbərləri və fəal gənclər çıxış edərək regionda fəaliyyət göstərən ofisin internet saytının yaradılmasını ciddi uğur kimi qiymətləndiriblər. Bildirilib ki, bu sayt imkan verəcək ki, Mingəçevir şəhərinin gəncləri öz bilik və bacarıqlarını bütün ölkəyə çatdırsınlar.
Sonda qeyd edilib ki, yaxın vaxtlarda sözügedən saytda müxtəlif dəyişikliklər edilərək, interaktivliyi daha da artırılacaq.

Oxşar yazılar

BQXK-nın Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandıracaq
17 iyun 2025 , 19:31
Bütün həftəni “qara zolaq”da olacaq BÜRCLƏR: Onlar kimlərdir?
17 iyun 2025 , 18:31
Sabahın tibbi-meteoroloji PROQNOZU
17 iyun 2025 , 16:36
Bakıda satılan bu duzun tərkibində 1 faiz də yod yoxdur - ARAŞDIRMA
17 iyun 2025 , 16:07
Bu həftə şənbə günü də işləyəcəyik
17 iyun 2025 , 15:34
Arıqlamağa mane olan ət növləri
17 iyun 2025 , 14:45
30-dan çox sürücü buna görə cərimələndi - VİDEO
17 iyun 2025 , 14:41