Avtomobil yollarının adları dəyişdirilməsi ilə bağlı qayda dəyişdi
0
0
Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişiklik edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının adları dəyişdirildikdə, Əmlak Məsələləri Dövlət Komitəsi 3 gün müddətində ünvan reyestrində müvafiq dəyişikliklərin edilməsini təmin etməlidir.
Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
0
0