Misir Mərdanov Məleykə Abbaszadənin cavabını verdi
27 noyabr 2012 11:51 (UTC +04:00)

Misir Mərdanov Məleykə Abbaszadənin cavabını verdi

0
Təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı müəllim” və “İlin ən yaxşı məktəbi” müsabiqəsinin keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib. Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, əslində o tədbirdə elə deyilməyib: “Amma mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar”.

Misir Mərdanov TQDK-nın 20 illik yubileyi çərçivəsində təşkil olunan dəyirmi masada nazirlik nümayəndələrinin iştirak etməməsi məsələsinə də aydınlıq gətirib: “Onların dəvət olunub-olunmadığını bilmirəm. Amma düşünürəm ki, yəqin, dəvət olunsaydılar, nazirlik nümayəndələri o tədbirdə iştirak edərdilər”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2829

Oxşar yazılar