20 ildir «SMS»ləşirik
Dünya kommunikasiya məkanının ayrılmaz tərkib hissəsi olan, hər gün milyonlarla insanın yararlandığı, qısa mətn ismarıclarının göndərilməsi və qəbuluna xidmət edən SMS texnologiyasının 20 yaşı tamam olub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, telekommunikasiya şirkətləri arasında mobil telefonlar arasında mətn mübadiləsinə xidmət edən bir sistemin yaradılması barədə ilk ideyalar 1984-cü ildə yaranmış, sonrakı illərdə GSM şəbəkəsinin yeni sistemə hazırlanması, SMS xidmətinin standartlaşdırılması həyata keçirilib.
1992-ci ilin dekabr günlərində britaniyalı proqramçı-mühəndis Neyl Pappvors kompyuterdən öz dostunun Orbitel 901 markalı mobil telefonuna “Milad bayramınız mübarək!” mətnli ilk SMS göndərib. Sonrakı illərdə ilk olaraq Nokia şirkəti SMS sistemi ilə təchiz olunmuş mobil telefonların kütləvi istehsalına başlayıb.
Hazırda inkişaf etməkdə olan onlayn xidmətlər (Whatsapp, Viber, Kik, Facebook-Messenger və s.) mobil telefon istifadəçilərinə qısa mətn ötürülməsi üçün yeni imkanlar açsalar da, SMS dünya kommunikasiya məkanında liderliyini qoruyub saxlamaqdadır.
Kommunikasiya sahəsində beynəlxalq bazar araşdırmaları həyata keçirən “İnforma Telecoms & Media” şirkətinin məlumatına görə, bu il dünya üzrə göndərilən bütün SMS-lərin sayı 13,6 faiz artaraq 6,7 trilyona çatacaqdır. 2016-cı ilə kimi onlayn xidmətlər sayəsində SMS xidməti təklif edən şirkətlər ümumilikdə 54 milyard dollar qazancdan məhrum olsalar da, illik 127 milyard dollar dövriyyə ilə SMS birinciliyi əldən verməyəcək.

Oxşar yazılar

Avqust bu BÜRCLƏRƏ sərvət və uğur gətirəcək: siyahıda kimlər var?
2 avqust 2025 , 09:09
Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02
Sabah Bakıda çox əlverişsiz hava olacaq ki... - XƏBƏRDARLIQ
1 avqust 2025 , 19:07
Dörd BÜRC üçün yeni imkanlar açılacaq: Uğur zirvəsində olacaqsınız
1 avqust 2025 , 18:43
Lənkəranda məktəbi söküb yerində mərkəz tikirlər? - Valideynlər və müəllimlər narazıdırlar
1 avqust 2025 , 17:24
Üzərinə milçək qonan yeməyi yemək olarmı? - AÇIQLAMA
1 avqust 2025 , 17:09
500-dən çox bal toplayan bu abituriyentlər ali məktəbə qəbul olmaya bilərlər - Səbəblər AÇIQLANDI
1 avqust 2025 , 16:25