
Qış mövsümü ilə əlaqədar qərargah yaradıldı - FOTO
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, qışa hazırlıqla bağlı ASC tərəfindən əmr hazırlanaraq aidiyyəti yol istismar müəssisələrinə göndərilib. Yol istismar müəssisələri tərəfindən həmin əmrin icrası ilə bağlı tədbirlər planı hazırlanaraq müvafiq işlərin görülməsinə başlanılıb. Hər bir yol istismar müəssisəsində 24 saat işləyən növbətçi briqadalar yaradılıb. Həmçinin, "Azəryolservis"də qərargah yaradılıb, 24 saat ərzində növbətçilik təşkil olunub. Qarlı-şaxtalı hava şəraitində yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görüldüyünü deyən mətbuat katibi bildirib ki, avtomobil yollarına mütəmadi baxış keçirilir, yollardakı problemlər aradan qaldırılır, material ehtiyatı (texniki duz, qum, yanacaq və s.), yol texnikası, maşın-mexanizmlər və nəqliyyat vasitələri saz vəziyyətə gətirilir, işçilər xüsusi geyim forması ilə təmin olunur.
"Azəryolservis"də yaradılmış qərargah bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işləri nəzarətə götürüb.
Nizam RZA
"Azəryolservis"də yaradılmış qərargah bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işləri nəzarətə götürüb.
Nizam RZA
Oxşar yazılar

Agentlik: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
3 avqust 2025 , 18:27
Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37
41 dərəcə isti olacaq - SABAHIN HAVASI
3 avqust 2025 , 12:05
Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25
Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22