Sürücülük vəsiqəsi almaq istəyənləri maraqlandıran xəbər
Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edib.
Let.az-ın verdiyi məlumata görə, nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədris müəssisələrinə və kurslara daxil olmaq istəyən şəxslər qəbul qaydalarına uyğun olaraq seçdiyi nəqliyyat vasitələrinin kateqoriyasını göstərməklə müəssisənin rəhbərinin adına ərizə yazırlar.
Dəyişiklik isə ərizəyə əlavə edilən sənədlərlə bağlıdır. Bundan sonra ərizəyə pasport və yaxud onu əvəz edən başqa sənəd yox, şəxsiyyət vəsiqəsinin surəti əlavə ediləcək. Ərizəyə əlavə edilən digər sənədlərin siyahısı isə olduğu kimi qalır. Başqa sözlə, “A”, “B”, “C” kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üçün ərizə və ya təhsil almağa göndərilən şəxslər üçün müəssisənin (birliyin, assosiasiyanın, təşkilatın) göndərişi, müəyyən edilmiş formada tibbi arayış, 3,54,5 sm ölçüdə üç ədəd fotoşəkil, təhsil haqqında sənədin əsli, əgər varsa, (şəxsən təqdim edilir) və təhsil haqqının ödənilməsi barədə qəbz (ödənişli qruplar üçün) lazımdır.
Digər dəyişikliyə əsasən, sürücülük vəsiqələrinin alınması üçün imtahan yalnız Qeydiyyat İmtahan Məntəqəsi (QİM) tərəfindən, onların xidmət apardıqları ərazilərdə yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərdən qəbul olunur. Digər hallarda şəxslərin imtahanlara buraxılması məsələsi DYPİ-si rəhbərliyi tərəfindən müstəsna hal kimi həll oluna bilər. Buna qədər isə Sürücülük vəsiqələrinin alınması üçün imtahan, yalnız QİM tərəfindən, onların xidmət apardıqları ərazilərdə daimi və ya müvəqqəti pasport qeydiyyatı olan şəxslərdən qəbul olunub.

Oxşar yazılar

Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02
Sabah Bakıda çox əlverişsiz hava olacaq ki... - XƏBƏRDARLIQ
1 avqust 2025 , 19:07
Dörd BÜRC üçün yeni imkanlar açılacaq: Uğur zirvəsində olacaqsınız
1 avqust 2025 , 18:43
Lənkəranda məktəbi söküb yerində mərkəz tikirlər? - Valideynlər və müəllimlər narazıdırlar
1 avqust 2025 , 17:24
Üzərinə milçək qonan yeməyi yemək olarmı? - AÇIQLAMA
1 avqust 2025 , 17:09
500-dən çox bal toplayan bu abituriyentlər ali məktəbə qəbul olmaya bilərlər - Səbəblər AÇIQLANDI
1 avqust 2025 , 16:25
Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - QAYDALAR
1 avqust 2025 , 16:17