
“Jurnalistlərin dostu” mükafatı ilin sonunda təqdim ediləcək
Komitədən Lent.az-a verilən məlumata görə, artıq mükafatın əsasnaməsindən irəli gələn vəzifələrin icrasına başlanıb. Mükafatın sahibini müəyyənləşdirəcək sorğu televiziya və radiolar da daxil olmaqla ölkənin aparıcı, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri, həmçinin jurnalist təşkilatları və internet xəbər resurslarının təmsilçiləri arasında keçirilir. Gündəlik qəzetlər, informasiya agentlikləri, televiziyalar 2, həftəlik qəzetlər, jurnallar, jurnalist təşkilatları, radiolar və internet xəbər resursları 1 anket vərəqi ilə təmin olunurlar. Anonim xarakter daşıyacaq sorğuda respondentlərə “2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?” sualı ünvanlanır. Yeni il ərəfəsində mükafatın sahibinin kimliyi məlum olacaq və adı təntənəli mərasimdə açıqlanacaq.
Əsasnaməyə görə, Azərbaycan vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər. 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə mərhum eks-prezident Heydər Əliyevə təqdim olunub.
Əsasnaməyə görə, Azərbaycan vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər. 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə mərhum eks-prezident Heydər Əliyevə təqdim olunub.
Oxşar yazılar

Bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçiriləcək
10 avqust 2025 , 08:55
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
10 avqust 2025 , 07:50
Hansı yeməklər təkrar qızdırıldıqda əsl zəhərə çevrilir?
9 avqust 2025 , 17:48
100 il əvvəl insanların 1000 il yaşayacağı proqnozlaşdırılmışdı: niyə baş vermədi?
9 avqust 2025 , 16:12
Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ
9 avqust 2025 , 14:09
Leysan, dolu, duman - SABAHIN HAVASI
9 avqust 2025 , 12:25
Amerikalıların niyə ata adı yoxdur: Əvəzində nə yazırlar?
9 avqust 2025 , 11:07