Çin səfiri Şərqşünaslıq İnstitutuna gəlib
Bu gün Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Yannian Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva institutun elmi fəaliyyəti haqqında danışıb. Çjan Yannian qarşılıqlı əməkdaşlıq sahəsində görülən işlər və onların perspektivlərindən söhbət açıb. “Mərkəzi Asiya və Uzaq Şərq ölkələri” şöbəsi ilə tanışlıq zamanı Gövhər Baxşəliyeva şöbənin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, yeni yaradılmış şöbədə ilk növbədə ən çox əhalisi olan Çinlə bağlı tədqiqatların, eləcə də bölgənin digər ölkələri ilə bağlı elmi araşdırmaların aparılacağını qeyd edib.
Görüşdə iştirak edən tarix elmləri namizədi Rafiq Abbasov bu şöbənin ölkəmizdə Çinlə bağlı tədqiqatlar aparan elmi mərkəz olacağını və bu araşdırmaların iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edəcəyini söyləyib. Çin səfiri şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə tədqiqatçıların elmi araşdırmalarını Çində davam etdirilməsinə şərait yaradılacağını bildirib.

Oxşar yazılar

Tezliklə qalmaqalla üzləşəcəklər: 3 BÜRCƏ XƏBƏRDARLIQ
5 may 2025 , 18:29
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA
5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ
5 may 2025 , 16:47Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...
5 may 2025 , 15:27Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ
5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz
5 may 2025 , 14:39