Həftə sonunadək hava dəyişkən buludlu olacaq
09 avqust 2011 14:00 (UTC +04:00)

Həftə sonunadək hava dəyişkən buludlu olacaq

0
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar bürosunun şöbə rəisi Gülşən Məmmədova bildirib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 10-da gecə və səhər dəyişkən buludlu hava şəraitinin olacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Günün ikinci yarısının yağmursuz olacağı və şimal-şərq küləyi əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu 25-29 dərəcə təşkil edəcək.

Avqustun 11-dən şimal-şərq küləyi mülayim hava kütlələri ilə əvəz olunacaq. Temperatur göstəricisinə gəldikdə, 29-34 dərəcə istilik gözlənilir.

Bakıda və Abşeron yarımadasında avqustun 13-dən 15-dək şimal-şərq küləyinin əsəcəyi və temperaturun müsbət 26-31 dərəcə olacağı proqnozlaşdırılır.

Bölgələrə gəldikdə, avqustun 11-də gündüz şimşək çaxacağı, havanın dəyişkən buludlu olacağı gözlənilir. Temperatur Mərkəzi Aranda 26-31, dağlarda 15-20 dərəcə olacaq.
Avqustun 12-də axşam qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. 13-14 avqustda yenidən havanın dəyişkən buludlu, amma yağmursuz olacağı proqnozlaşdırılır.

Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar