Növbəti sertifikasiya imtahanların vaxtı məlum oldu
0
0
Səhiyyə Nazirliyində sertifikasiya üzrə növbəti mərhələnin imtahanları avqustun 17-də keçiriləcək. Bu barədə Lent.az-a nazirliyin Sertifikasiya Komissiyasından məlumat verilib. Bu dəfə anastaziologiya və ümumi cərrahiyyə ixtisası üzrə həkimlər bilik yarışmasında güclərini sınayacaqlar.
İmtahana cəlb edilən həkimlərin dəqiq sayı hələlik bəlli deyil. Sualların 60 faizindən çoxuna cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq. İmtahanın nəticələrinin 3 gün ərzində açıqlanacağı gözlənilir.
Nailə R.