8 aptekin fəaliyyəti dayandırıldı
11 avqust 2011 14:26 (UTC +04:00)

8 aptekin fəaliyyəti dayandırıldı

0
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində reydlər keçirilib.


Lent.az-ın Səhiyyə Nazirliyinin saytına istinadən məlumatına görə, ümumilikdə respublika üzrə 59 aptekə baxış keçirilib. Bunlardan 12 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 39 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 8 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb. Aşkarlanan qeyri-qanuni apteklərin fəaliyyətləri dayandırılıb.


Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 3 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib.


Həmçinin, keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1150 seriya (4987 qutu), istifadə müddəti bitmiş 12 qutu dərman preparatları aşkarlanaraq müsadirə edilib.


Analitik Ekspertiza şöbəsi tərəfindən respublikaya idxal olunan 12540 seriya dərman preparatlarının nümunələrinin laborator yoxlamaları aparılıb.


Səhiyyə Nazirliyinə yeni təşkil olunan aptek təşkilatlarına baxış keçirilməsi ilə əlaqədar daxil olmuş məktublar əsasında respublikanın müxtəlif bölgələrində yaradılacaq 368 obyektə baxış keçirilərək, 279 obyektə müsbət, 89 obyektə mənfi rəylər tərtib edilib.


Son altı ay ərzində 492 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının Dövlət Reyestrinə salınıb. Hazırda Azərbaycan Respublikasının Dövlət Reyestrində 3940 adda dərman vasitəsi vardır ki, bunların da ölkə ərazisinə idxalına və istifadəsinə icazə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar