Səfirlər “Somaliyə Yardım” kampaniyasına qoşuldu
0
0
Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirləri “Somaliyə Yardım” kampaniyasına qoşulub. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) Avrasiya üzrə Regional Mərkəzdən Lent.az-a verilən məlumata görə, avqustun 16-da “Ambassador” otelində IKGF tərəfindən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Bakıda akkreditə olunmuş səfirlik nümayəndələri üçün hər təşkil olunduğu kimi növbəti ənənəvi iftar məclisi keçirilib.
İftar məclisi zamanı qonaqlara İKGF-nin beş il ərzində fəaliyyəti, həyata keçirdiyi cari layihələr – Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatı, “İslam Əməkdaşlıq Təşkilatı Modeli” adlı Beynəlxalq münasibətlər üzrə Təhsil Proqramı, “Xocalıya Ədalət” kampaniyası, Gənc İş Adamları Beynəlxalq Şəbəkəsi haqqında slayd-şou formatında təqdimat keçirilib. Tədbirin sonunda İKGF tərəfindən bir həftə əvvəl başlanmış Somalidə aclıq çəkənlərə yardım kampaniyası haqqında da məlumat verilib. İftar mərasimində iştirak edən yüksək səviyyəli səfirlik nümayəndələri maliyyə yardımı edərək xeyriyyə kampaniyasına qoşulub.
Qeyd edək ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına başlayıb. Kampaniyanın əsas məqsədi Somalidə aclıq çəkənlərə yardım etmək istəyənlərin fəaliyyətini koordinasiya etmək, ianələrin mərkəzləşdirilmiş və şəffaf formada toplanmasını, toplanmış vəsaitin Somalidə aclıq çəkənlərə çatdırılmasını təşkil edib.
Yardım etmək istəyənlər vəsaitləri İKGF-nun
DƏ-İKGF Avrasiya Üzrə Regional Mərkəz
Azərbaycan Beynəlxalq Bankı Səbail filialı
HESAB No 33409019442412143209
S.W.I.F.T. KOD: IBAZAZ2X
KOD: 805551
VÖEN: 9900001881
CORR. ACC: 0137010002944
saylı bank hesabına köçürə bilər, ya da İKGF-nin Bakı ofisinin 598 11 62 və 492 11 52 nömrəli telefonuna zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər.