Əlillərin dondurmaları bakteriyalı çıxdı
0
0
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Qələbə” Əlillər Cəmiyyətinə məxsus istehsal sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Lent.az-ın İqtisai İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən dondurmalarda “S.aureus” bakteriyalarının (stafilakok) olduğu aşkar edilmişdir.
Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 45 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Qələbə” Əlillər Cəmiyyətinə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.