Bu il orta ixtisas təhsili müəssisələrinə 31251 nəfər sənəd verib
0
0
Tələbə qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, abituriyentlər imtahana buraxılış vərəqəsini və abituriyent vəsiqəsini elektron ərizələrini təsdiq etdirdikləri sənəd qəbulu komissiyasından 24, 25, 26 və 27 avqust tarixlərində saat 10:00-dan, 17:00-adək əldə edə bilərlər.
Qeyd edək ki, bu il orta ixtisas təhsili müəssisələrinə ümumi orta ixtisas bazasından tələbə qəbulu iyulun 2-də elan edilib. Bu il orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu internet vasitəsilə həyata keçirilib. Orta ixtisas təhsili müəssisələrinə imtahan avqustun 28-də keçiriləcək. Bu il 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9642 plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312 yer Rus bölməsinə, 881 yer isə birgə müsabiqəyə aiddir.
Qəbul imtahanı Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Şəki, Şirvan,, Mingəçevir, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcək.
Ramiz Mikayıloğlu