Ali məktəblərə qəbul prosesi başa çatır
19 avqust 2011 12:11 (UTC +04:00)

Ali məktəblərə qəbul prosesi başa çatır

0
Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu saata qədər dövlət sifarişli yerlərin 99,15 faizi, ümumilikdə isə ali məktəblərə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib.

M. Abbaszadə deyib ki, dövlət ali məktəblərində yerlərin 95 faizindən çox dolub. Özəl təhsil müəssisələrində isə rəqəmlər müxtəlifdir. Özəl universitetlər arasında ən yüksən qəbul göstəricisi Qərb, Qafqaz və Xəzər universitetlərinə aiddir.

TQDK sədrinin sözlərinə görə, sentyabrın ayının 1-dən etibarən ali məktəblərə əmrlər daxil olacaq.

Ramiz MIKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar