Şeyxülislam Hacı Allahşükür Paşazadənin 62 yaşı tamam olur
0
0
Lent.az-ın xəbərinə görə, Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb. 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib.
1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib. O vaxtdan QMİ-nin sədri vəzifəsini icra edir.
A. Paşazadə ümumdünya İslam Konqresinin İdarə Heyətinin, Avrasiyanın İslam Şurasının İdarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib.