Korgöz qəsəbəsinin su təminatı sistemi yenidən qurulub - FOTO
0
0
Bununla bağlı qəsəbədə keçirilən mərasimdə ASC-nin sədr müavini Köçərli Həsənov bildirib ki, işlər qısa müddətdə - 2 ay ərzində tamamlanıb. Bu müddət ərzində qəsəbəyə diametri 250 mm olan 4,4 km uzunluqda su xətti çəkilib. Bundan başqa, Lökbatan qəsəbəsində diametri 530 mm uzunluğu 8 km olan su xətti çəkilib. Bununla da qəsəbənin 80% daimi su ilə təmin olunub.
K.Həsənovun sözlərinə görə, bu il Qaradağ rayonunun 14 kənd və qəsəbəsinin su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılacaq. Eyni zamanda rayonda 4 su təmizləyici qurğu stansiyasının tikilməsi planlaşdırılır. Eyni zamanda Sahil qəsəbəsindəki təmizləyici qurğular yenidən qurulacaq.
Sədr müavininin sözlərinə görə, ümumilikdə, adı çəkilən proqram Bakının bütün rayonlarını və qəsəbələrini əhatə edir. O cümlədən, bu proqram çərçivəsində 2011-13-cü illərdə Xəzər rayonuna Pirallahı qəsəbəsinə qədər yeni su xəttinin çəkilməsi və kanalizasiya şəbəkəsinin qurulması planlaşdırılır. Bakı və Abşeron ərazisində 10 su təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.