Təhsil müəssisələrinin akkreditasiyası gələn aydan başlayacaq
Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyevin APA-ya verdiyi məlumata görə, yeni tədris ilindən akkreditasiyası aparılacaq təhsil ocaqlarında bu proses tərtib edilən qrafikə uyğun həyata keçiriləcək. H. Zərbəliyev bildirib ki, akkreditasiya prosesinə oktyabr ayında start veriləcək, may ayının sonunadək davam edəcək.
Qeyd edək ki, prosesi ilkin olaraq 11 pilot məktəbi əhatə edəcək. Həmin məktəblər Gəncə şəhər 27 saylı, Şirvan şəhər 16 saylı, Bakı şəhər 225 saylı tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblərdir.
Akkreditasiyaya cəlb ediləcək ali məktəblər isə bunlardır: Azərbaycan Aqrar Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Kooperasiya İnstitutu, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Dövlət Universiteti.
H. Zərbəliyev onu da bildirib ki, tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Şöbə müdiri deyib ki, 2010-2011-ci tədris ilində ölkədə 10 ali məktəbin, 10 orta ixtisas məktəbinin, 8 ilk peşə ixtisas təhsili məktəbinin akkreditasiyası həyata keçirilib.
Ötən il aparılan akkreditasiya prosesində son olaraq 2 ali təhsil məktəbin - Naxçıvan Müəllimlər İnstitutu və Bakı Avrasiya Universitetinin fəaliyyət müddəti 5 il uzadılıb.

Oxşar yazılar

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14
Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 , 16:37
Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07