Azərbaycan Avstriya təcrübəsinin öyrənmək istəyir
Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Bakıda keçirilən Avstriya-Azərbaycan Biznes Forumu çərçivəsində Bakıda səfərdə olan Vyana şəhərinin vitse-meri Renate Braunerin və Avstriyanın ölkəmizdəki səfiri xanım Silvia Mayer-Kaybiçin başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyat Nazirliyində olub.
Lent.az-ın Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyətini Nəqliyyat nazirinin müavini Musa Pənahov qəbul edib. Tərəflər iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti xarici investisiyalar üçün olduqca cəlbedicidir. Çıxış edənlər əldə edilmiş nailiyyətlərin Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olduğunu bildirib, avstriyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa dəvət ediblər. Söhbət zamanı Vyana və Bakı arasında əlaqələrin son dövrlər genişləndiyi vurğulanıb.
Musa Pənahov xüsusilə son dövrlər həyata keçirilən nəqliyyat layihələri barədə ətraflı məlumat verib və bu çərçivədə Azərbaycan tərəfinin Avstriya təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib. Vyana şəhərinin vitse-meri əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycan tərəfini Vyanaya səfərə dəvət edib.

Oxşar yazılar

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14
Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 , 16:37
Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07