Korrupsiyaya qarşı mübarizədə informasiya-kommunikasiya texnologiyalarının rolu
Bu gün Batumidə (Gürcüstan) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avropa Komissiyasının dəstəyi ilə “Korrupsiyanın aradan qaldırılmasında və effektivliyin gücləndirilməsində dövlət orqanlarında xidmətlərin göstərilməsinin rolu” mövzusuna həsr olunmuş regional seminar işinə başlayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Azərbaycanı tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin əməkdaşı Zaur Qəmbərov təmsil edir.
Tədbir çərçivəsində dövlət orqanlarında xidmətlərin göstərilməsində səmərəli üsullar müzakirə olunur. Seminarda xidmətlərin göstərilməsinin yaxşılaşdırılmasında və korrupsiyanın qarşısının alınmasında əsas meyar kimi informasiya-kommunikasiya texnologiyalarına xüsusi diqqət yetiriləcək.
Tədbir iştirakçıları regionun digər ölkələrində dövlət orqanlarında xidmətlərin, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı vəziyyətlə tanış ola, bu istiqamətdə öz fikirlərini bölüşə, eləcə də işgüzar əlaqələr qura və faydalı təcrübə əldə etmək imkanından yararlana bilərlər.
Seminar sentyabrın 24-dək davam edəcək.

Oxşar yazılar

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14
Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 , 16:37
Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07