“Binəqədi Təbiət Abidəsi”ndə qədim dövrə aid qalıqlar aşkarlanıb
Azərbaycan Mili Elmlər Akademiyası, Binəqədi rayon İcra Hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında “Binəqədi Təbiət Abidəsi”ndə yeni paleontoloji ekspedisiya yaradılaraq fəaliyyətə başlayıb. Ekspedisiyanın gördüyü işlər, yeni tapıntılar barədə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev dördüncü dövrə aid Fauna və Flora Təbiət Abidəsi haqqında geniş məlumat verərək, abidənin 50 000-150 000 il bundan əvvələ aid olduğunu bildirib. Onun sözlərinə görə, abidə ilk dəfə 1938-ci ildə tələbə A.S. Məstənzadə tərəfindən aşkar edilib. Sonra isə Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il qərarı ilə Dövlət Təbiət Abidəsi elan olunub. Abidədən yeni aşkarlanmış qalıqların bu ərazidə yenidən araşdırmalar aparmağa ehtiyac olduğunu vurğulayan S. Quliyev bu istiqamətdə görülən işlərdən danışıb.
Sonra çıxış edən AMEA-nın Geologiya İnstitutunun şöbə müdiri Tariyel Heybətov qazıntı işlərinin nəticəsində çoxlu sayda nadir heyvan qalıqlarının aşkar edildiyini bildirib: “Abidə yarandığı dövrdən indiyədək toplanan kolleksiyada 43 növ məməli, 109 növ quş, 2 növ sürünən, 1 növ isə suda-quruda yaşayan canlının qalıqları var. Onurğasız heyvanlardan buğumayaqlıların isə 120-dən çox növü müəyyən edilib. Hazırda 30-40 növ yeni heyvan qalıqları aşkar edilib. Əksər heyvanların isə müasir dövrdə nəsli kəsilib. Burada 1955-ci ildə sonuncu qazıntı işləri aparılıb. O dövrdən sonra isə heç bir iş görülməyib. Ona görə də bu ərazi dağıdılıb”.
T. Heybətov bildirib ki, həmin ərazidə açıq səma altında Paleontoloji muzey, cənub hissədə isə Neft muzeyi salınacaq.
Sonda tədbir iştirakçılarına yeni aşkar edilən qədim heyvan qalıqlarının sərgisi nümayiş etdirilib.

Oxşar yazılar

Böyük irəliləyiş astanasında olan BÜRCLƏR
18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 iyul 2025 , 08:45
1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14