Ermənistan və Gürcüstan çaylarımızı həddən artıq çirkləndirir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun I ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının III ongünlüyünə nisbətən 5 m3/san artaraq 130 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri 4, fenollar 3, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
İyul ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 3, I Şahsevən məntəqəsində mis birləşmələri 2, fenollar 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.53-6.84 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Oxşar yazılar

Böyük irəliləyiş astanasında olan BÜRCLƏR
18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 iyul 2025 , 08:45
1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14