Magistrlərin 60 faizi qiyabi, 40 faizi isə əyani təhsil forması üzrə qeydiyyatdan keçib
20 iyul 2012 14:36 (UTC +04:00)

Magistrlərin 60 faizi qiyabi, 40 faizi isə əyani təhsil forması üzrə qeydiyyatdan keçib

0
“Ali məktəblərin magistraturalarına qəbul olan şəxslərin 60 faizi daxil olduqları ali məktəbdə qiyabi, 40 faizi isə əyani təhsil forması üzrə qeydiyyatdan keçib”. Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

M. Abbaszadə vurğulayıb ki, cari ildə ilk dəfə olaraq abituriyentlər və eyni zamanda bakalavrlar ali məktəblərə daxil olduqdan sonra təhsil formasını (əyani və ya qiyabi) qeydiyyatdan keçən zaman seçə bilərlər: “Magistraturaya daxil olan şəxslərin 90 faizi daxil olduqları universitetlərdə qeydiyyatdan keçib. Komissiyaya üzrlü səbəbdən qeydiyyatdan keçə bilməyən şəxslərin müraciətləri daxil olur. 15-ə yaxın belə ərizə var. Hazırda bu ərizələrin araşdırılması aparılır”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1687

Oxşar yazılar