“Eşidilməyən Səslər  - Uşaqlara Qarşı Məcburi Əməyə Son”
20 iyul 2012 16:25 (UTC +04:00)

“Eşidilməyən Səslər - Uşaqlara Qarşı Məcburi Əməyə Son”

Azərbaycan Uşaqlar Birliyi (AUB) ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının maliyyə dəstəyi ilə “Eşidilməyən Səslər - Uşaqlara Qarşı Məcburi Əməyə Son” adlı layihə həyata keçirir. Lent.az-ın verdiyi məlumata görə, layihənin məqsədi Azərbaycanda insan alverinin qurbanı olmuş və potensial qurbanı olan uşaqlara sosial, hüquqi və mənəvi dəstək olmaqla insan alverinin aradan qaldırılmasına yardım etmək, “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasına dəstək verməkdir.


Başqa sözlə, insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara dəstək məqsədilə hüquqi, sosial, tibbi, və psixoloji yardım xidmətləri göstərməkdir. Bu ilin iyul ayından icrasına başlanan layihə 11 ay müddətində həyata keçiriləcək, Bakı şəhərini və onun ətraf ərazilərini, o cümlədən, Azərbaycanın Gəncə və Yevlax rayonlarını əhatə edəcək. İlk növbədə insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara hədəf regionlarda mobil olaraq hüquqi, sosial, tibbi və psixoloji yardımlar göstəriləcək. Müvafiq dövlət strukturları ilə əməkdaşlıq edilərək layihəyə cəlb olunan sənədsiz uşaqlar şəxsiyyət vəsiqəsi və digər müvafiq hüquqi sənədlərlə təmin ediləcəklər. Uşaq və yeniyetmələrin sosial çarxların hazırlanması, flaşmobların təşkili, “Çərpələng uçuranlar” və “Küçə rəssamları” kimi sosial reinteqrasiya fəaliyyətlərinə cəlb olunmalarını təmin etmək nəzərdə tutulub.


Layihənin ikinci fəaliyyət istiqaməti layihənin əsas nəticələrini təqdim etmək və uşaq alverinə qarşı mübarizəyə kömək edəcək alternativ qayğı modelinin qəbulu ilə bağlı müzakirə aparmaq üçün müvafiq dövlət strukturları və parlament nümayəndələrinin iştirakı ilə Bakıda “Eşidilməyən səslər” adlı milli görüş keçirməkdir. İctimai vəkillik səylərinin gücləndirilməsi məqsədi ilə AUB Azərbaycanda insan alveri problemi və mübarizə yollarını müzakirə etmək üçün yerli və beynəlxalq QHT-lər, hökumət orqanları və özəl sektorla görüşlər təşkil edəcək. Cəmiyyətdə insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan kimsəsiz uşaqların effektiv sosial reabilitasiyası və dəstək mexanizmlərinin gücləndirilməsi üçün hazırlanmış təkliflər və uğur qazanmış təcrübələr “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı” çərçivəsində icra olunması üçün tövsiyə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038

Oxşar yazılar

Jurnalistika ixtisasına qəbul olmaq istəyən  abituriyentlərə MÜRACİƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT

18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...

Heç kim onlara təşəkkür etmir...

18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

18 iyul 2025 , 14:16
Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

18 iyul 2025 , 13:02
Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

18 iyul 2025 , 12:49
Sabah da dəhşətli isti  olacaq - Hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - Hava PROQNOZU

18 iyul 2025 , 12:20
Bağçalara qəbul başladı

Bağçalara qəbul başladı

18 iyul 2025 , 11:20
Qusara yeni prokuror  təyin olundu

Qusara yeni prokuror təyin olundu

18 iyul 2025 , 10:46