İyulun ən isti günü sabah olacaq
24 iyul 2012 15:19 (UTC +04:00)

İyulun ən isti günü sabah olacaq

Bu il iyul ayının ən isti gününün sabah olacağı gözlənilir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, sabah Bakıda və Abşeron yarımadasında 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti proqnozlaşdırılsa da, bu anomal isti hesab edilmir: “Ümumiyyətlə, bu ay iqlim şəraiti normaya yaxındır və anomal istilər müşahidə olunmur. İyulun ən isti gününün sabah olacağı gözlənilir. Sonrakı günlərdə belə istilər proqnozlaşdırılmır”.


Baş hidroloq deyib ki, son 20 il ərzində Bakıda ən isti illər 2010 , 2011, ən sərin illər isə 1993 və 2004-cü illər olub: “Azərbaycanda anomal istilər 2010-cu ildə qeydə alınıb. Həmin il iyulun 11-12-də Bakıda 40-41, bəzi Mərkəzi Aran rayonlarında 42-43, Culfada 44 dərəcə isti qeydə alınıb. Ötən il iyul ayının üçüncü ongünlüyündən başlayaraq, avqustun 3-dək ölkə ərazisində güclü istilər olub. Həmin il iyulun 22-də Bakıda 40 dərəcə isti qeydə alınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar

Dəhşətli istilər  bu tarixədək   davam edəcək

Dəhşətli istilər bu tarixədək davam edəcək

18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi

Baş prokuror Zaqatalaya getdi

18 iyul 2025 , 15:34
Jurnalistika ixtisasına qəbul olmaq istəyən  abituriyentlərə MÜRACİƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT

18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...

Heç kim onlara təşəkkür etmir...

18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

18 iyul 2025 , 14:16
Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

18 iyul 2025 , 13:02