Əmək pensiyası alanların sayı 1 milyon 273 min 640  nəfərə çatıb
25 iyul 2012 15:33 (UTC +04:00)

Əmək pensiyası alanların sayı 1 milyon 273 min 640 nəfərə çatıb

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, onlardan yaşa görə əmək pensiyası alanların sayı 803 400 nəfər, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 335 680 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 134 560 nəfərdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. Cari ilin 6 ayının göstəricilərinə əsasən, hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir. Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatıb. Bununla da son illər ərzində sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar

Dəhşətli istilər  bu tarixədək   davam edəcək

Dəhşətli istilər bu tarixədək davam edəcək

18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi

Baş prokuror Zaqatalaya getdi

18 iyul 2025 , 15:34
Jurnalistika ixtisasına qəbul olmaq istəyən  abituriyentlərə MÜRACİƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT

18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...

Heç kim onlara təşəkkür etmir...

18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

18 iyul 2025 , 14:16
Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

18 iyul 2025 , 13:02