Dünən Bakıda 3 nəfər günvurma ilə əlaqədar həkimə müraciət edib
0
0
Ölkəmizdə hökm sürən anomal isti hava şəraiti günvurmalara səbəb olub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın Lent.az-a verdiyi məlumata görə, dünən 3 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib: “Həmin şəxslərdən iki nəfəri Pirallahı qəsəbəsindən, 1 nəfər isə Zirə qəsəbəsindən olub”.
Z. Vahidova onu da bildirib ki, dünən bir uşaq Buzovna çimərliyində suda boğulub: “Həmin hadisə ilə bağlı təcili yardıma müraciət olunub. Lakin bizim həkimlər ora gedəndə artıq gec olub. Çünki həmin uşağın sudan meyitini çıxarıblar”.
Həkimin sözlərinə görə, iyulun 24-də 13 yaşlı Qaradağ rayon sakininin ilan vurması ilə bağlı təcili yardıma müraciət olunub. “Həmin uşaq ilk tibbi yardım göstərildikdən sonra toksikologiya mərkəzinə yerləşdirilib” - deyə, Z. Vahidova əlavə edib.
Anar