Tələbələr arasında esse müsabiqəsi elan edilir
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası tələbələr arasında esse müsabiqəsi elan edir. Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, esselər 1 dekabr 2012-ci il tarixinə qədər Azərbaycan Respublikası üzrə müsabiqə komissiyasına təqdim olunmalıdır. Müsabiqə komissiyasına Milli Məclisin üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının vitse-prezidenti, professor Asəf Hacıyev sədrlik edəcək. Müsabiqənin Azərbaycan üzrə qalibi 2013-cü ildə keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının uubiley mərasimlərində iştirak etmək hüququ qazanacaq. Bununla yanaşı qaliblərin esseləri QİƏTPA-nın 20 illiyinə həsr olunmuş xüsusi kitabda və “Letters from the Black Sea” (BSUN) Beynəlxalq jurnalda çap olunacaq. Tələbələr tərəfindən yazılmış esselər iki nüsxədə (elektron variantı ilə birlikdə) 1 dekabr 2012-ci il tarixə qədər aşağıdakı ünvana təqdim olunmalıdır: Bakı Dövlət Universiteti, Z.Xəlilov küç 23, Əsas bina, Tədrisin təşkili və təlim texnologiyalı üzrə prorektorluq.
Qeyd edək ki, 1993-cü il fevral ayının 26-da İstanbulda 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QİƏTPA), 1998-ci ildə isə bu əməkdaşlıq çərçivəsində Rumıniyanın Konstantsa şəhərində Qara Dəniz Universitetlər Assosiasiyası yaradılıb. 20 illik fəaliyyəti dövründə QİƏTPA üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşmasına yeni imkanlar açıb. Təşkilat bölgədə iqtisadi əlaqələrin, o cümlədən üzv ölkələr arasında işbirliyinin genişlənməsinə, özəl sektorun, ticarətin, mədəniyyətin, turizmin inkişafına təkan verib. 2013-cü ildə yaranmasının 20-ci ildönümü qeyd edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası tələbələr arasında “Qara dəniz regionu 20 il ərzində” mövzusunda esse müsabiqəsi elan edir. Müsabiqənin şərtləri ilə QİƏTPA tərəfindən tərtib olunmuş elanda tanış olmaq olar.
http://press.bsu.edu.az/az/content/beynlxalq_tlb_esse_msabiqsi_
http://press.bsu.edu.az/az/content/_international_student_essay_competition_

Oxşar yazılar

Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu - VİDEO
18 iyul 2025 , 15:43