Qazlaşdırma işləri ilə bağlı müqavilə imzalanıb
Bakı və qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı əhalinin və digər istehlakçıların payız-qış mövsümündə normal və təhlükəsiz qaz təchizatının təmin olunması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tədbirlər həyata keçirilir. İB-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, iyulun 1-də Azərbaycanda 1403049 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 76,2 faiz, o cümlədən Bakı şəhərində 632068 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 96,2 faiz, regionlarda 770981 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 65,2 faiz təşkil edib.
Qazlaşma səviyyəsinin 2013-cü ilin sonuna qədər 95 faizə çatdırılması nəzərdə tutulur. Belə ki, 2013-cü ilin sonuna qədər respublikanın müxtəlif bölgələrində 463514 mənzilin qazlaşdırılması planlaşdırılır. Şəbəkənin nəqletmə imkanlarının artırılması və təhlükəsiz istismarının təmin olunması, qaz təchizatının yaxşılaşdırılması ilə bağlı mövcud daşıyıcı və paylayıcı qaz kəmərlərinin əsaslı təmiri və yenidən qurulması, kənd yaşayış məntəqələrinin və yeni yaşayış sahələrinin qazlaşdırılması üçün 2012-2013-cü illərdə icrası nəzərdə tutulan layihə hazırlanıb.
Bu irimiqyaslı layihənin icrası üçün müqavilə imzalanıb, müqavilə şərtlərinə uyğun olaraq respublikanın bütün regionlarında qazlaşma, təmir-bərpa və yenidənqurma işlərinin icrasına başlanılıb.

Oxşar yazılar

“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48