Çaylarımızdakı vəziyyət açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 65-95, Naxçıvan MR çaylarında isə 120 faizini təşkil edir.
Avqustun 1-dən başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 66 m3/s, ongünlük normanın 50 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 97 m3/s və ongünlük normanın 73 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 46 m3/s təşkil edib və ongünlük normanın 66 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 7 sm, Şirvanda 4 sm, Salyanda 3 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm (2011-ci il avqustun 03-də 428 sm), Şirvanda 214 sm (2011-ci il avqustun 03-də 307 sm ), Salyanda 180 sm (2011-ci il avqustun 03-də 305 sm), Bankədə 223 sm (2011-ci il avqustun 03-də 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 sm (2011-ci il avqustun 03-də 143 sm) təşkil edir.

Oxşar yazılar

Sabah Bakıda hava əvvəlkilərdən də isti olacaq
19 iyul 2025 , 12:33
Bu rayonlara leysan yağdı - FAKTİKİ HAVA
19 iyul 2025 , 12:00
Köhnə qaydalar dəyişdi: artıq tanışlıqla sanatoriyalara getmək olmur - TAHİR KƏRİMLİYƏ CAVAB
19 iyul 2025 , 11:49
Dənizə bu cür girmək ifliclə nəticələnə bilər
19 iyul 2025 , 11:12
Dörd BÜRC iyul və ya avqust aylarında gözlənilməz böyük pullar alacaqlar
19 iyul 2025 , 09:09
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31